Telman İsmayılovdan 150 milyard rubl tələb olunur

10-02-2017, 00:49           
Telman İsmayılovdan 150 milyard rubl tələb olunur
Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılovun kreditorları ondan 150 milyard rubl tələb edirlər. Moskva Arbitraj məhkəməsi artıq bu iş üzrə dinləmələrə başlayıb.

"Çerkizovski” bazarı 2009-cu ildə bağlansa da, T.İsmayılov öz kreditorları ilə hələ də hesablaşmayıb. Onlar İsmayılovdan 150 milyard rubl almağa iddia edirlər, lakin hazırda kreditorların reyestrinə iddia üzrə təxminən 27,8 milyard rubl məbləğ daxil edilib.

Həmçinin əlavə edilir ki, borclunun aktivlərinin dəyəri təxminən 618 milyon rubl təşkil edir.(virtualaz.org)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru