22 yaşlı gəncin müəmmalı ölümü - KÜRDƏMİRDƏ

10-02-2017, 12:38           
22 yaşlı gəncin müəmmalı ölümü - KÜRDƏMİRDƏ
Kürdəmir rayon sakini müəmmalı şəkildə ölüb.

teref.az apa-ya istinadən xəbərinə görə, hadisə fevralın 3-də axşam saatlarında rayonun Qağacılı kəndində baş verib.

Qağacılı kənd sakini, 1995-ci il təvəllüdlü Qismət Mübariz oğlu Muğayev kənd ərazisində usta işlədiyi evdə iş başında qəflətən dünyasını dəyişib. Əvvəlcə mərhumun elektrik cərəyanı vurması nəticəsində öldüyü bildirilib. Q. Muğayevin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. Meyitin xarici müayinəsi zamanı onun başqa səbəbdən öldüyü məlum olub. Dəqiq ölüm səbəbi götürülən analizlərin cavabından sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru