8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ

11-02-2017, 13:46           
8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bakıda 8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb.

Lent.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 101-də baş verib.

Həmin binadakı mənzillərdən birində yaşayan 2009-cu il təvəllüdlü Emin Ovçinnikov pəncərədə olan plastik torla oynayarkən tor onun ağırlığına dözməyib. Uşaq torla birlikdə 8-ci mərtəbədən aşağı düşüb. Baş nahiyəsindən xəsarət alan uşaq dərhal keçinib.

Hadisə yerinə Xətai Rayon Prokurorluğunun əməkdaşları gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru