Dünya birjalarında neft ucuzlaşıb. Publika.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,41 dollar və ya 3,10% azalaraq 44,11 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,36 dollar və ya 2,81% azalaraq 47,02 dollar olub.