Həbs xəbəri yayılan şöbə rəisi DANIŞDI: - “Belə hadisə olmayıb”

5-05-2017, 21:45           
Həbs xəbəri yayılan şöbə rəisi DANIŞDI: - “Belə hadisə olmayıb”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Saatlı rayon şöbəsinin rəisi Bayram Mikayılovun həyat yoldaşını bıçaqlayaraq həbs olunması barədə xəbər yayılıb.

Bayram Mikaylılov həbsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, teref.az-ya açıqlamasında deyib ki, bu məlumat tamamilə yanlışdır: "Belə bir hadisə olmayıb. Bu məlumat yanlışdır. Boş bir iftiradır. "Qafqazinfoya" zəng edib bu yalan məlumatı hardan aldıqlarını soruşdum Dedilər vəkilim deyib . Bununla bağlı vəkilimlə danışacağam. Azadlıqdayam, həbs olunmamışam. Mən idarə rəhbəriyəm. Görürsünüz ki, Sizinlə rahat danışıram, heç bir problem yoxdur. ”.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru