Stoltenberq: “NATO əsgərləri Suriyada döyüşməyəcək”

6-05-2017, 07:15           
Stoltenberq: “NATO əsgərləri Suriyada döyüşməyəcək”
NATO-nun baş katibi Yens Stoltenberq NATO qüvvələrinin Suriyada iştirakını istisna edib.

APA-nın xəbərinə görə, bu barədə Alyans rəhbəri “Spiegel”-ə müsahibəsində bildirib.

“NATO əsgərlərinin Suriyada döyüşəcəyi müzakirə olunmur. Bununla belə, İraqda İŞİD-lə mübarizə aparan yerli hərbçilərin təlimi ilə bağlı NATO hərbçilərinin sayı artırıla bilər. Yerli qüvvələrin İraqda və Əfqanıstanda təlimi hazırda terrorla bağlı ən münasib variantdır”, deyə Y.Stoltenberq qeyd edib.

Onun sözlərinə görə, Alyans bölgədə erkən xəbərdarlıq sisteminə malik AWACS təyyarələrin istifadəsi imkanını nəzərdən keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru