Tovuzda "Porsche" divara çırpılıb, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB

6-05-2017, 08:54           
Tovuzda  "Porsche" divara çırpılıb, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB
Axşam saatlarında Tovuz rayonunda 1 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
"Report"un Qərb bürosu xəbər verir ki, rayonun Heydər Əliyev prospekti ilə hərəkətdə olan "90-DK-003" dövlət qeydiyyat nişanlı "Porsche" markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb və divara çırpılıb.
Hadisə nəticəsində sürücü, 1981-ci il təvəllüdlü, Qəhramanov Zakir Şakir oğlu ölüb. Maşında olan sərnişinlər, Tovuz rayon Alakol kənd sakinləri - 1984-cü il təvəllüdlü, Hüseynov Nurxan Əmirxan oğlu və 1990-cı il təvəllüdlü, Fətullayev Azad Ramiz oğlu ağır bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti ağırdır.



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru