Lavrovun təyyarəsi Estoniyanın hava sərhədini pozub!
6-05-2017, 09:42
Mayın 3-də Rusiyanın «Rossiya» aviaşirkətinə məxsus təyyarə Estoniyanın hava sərhədini pozub. Bu barədə Estoniya Müdafiə Nazirliyinin (MN) rəsmi «Tvitter» səhifəsində məlumat verilir.
Məlumatda deyilir ki, uçağın transponderi işlək rejimdə olub, amma sərhəd pozuntusu anında estoniyalı aviadispetçerlər uçuşun planı barədə məlumat ala bilməyiblər.
İlkin məlumata görə, bu uçaqla Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi səfərlə, Finlandiyaya uçub. azpolitika.info