Ucarda yaşayış evi yanıb

8-05-2017, 08:42           
Ucarda yaşayış evi yanıb
Ucarda fərdi yaşayış evi yanıb.

APA -nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında rayonun Lək kəndində, 1969-cu il təvəllüdlü Semen Məlikbağır qızı Hüseynovaya məxsus 1 mərtəbəli, 6 otaqdan və artırmadan ibarət yaşayış evində baş verib. Ev sahibi evdə olmadığından Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinə qonşular məlumat verib.

Yanğın zamanı S. Hüseynovanın şəxsi əşyaları və xaricdə yaşayan 2 qızının cehizi də evlə birlikdə tamamı ilə yanıb. Hadisə yerinə 2 yanğınsöndürən maşını və canlı qüvvə cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqda ki tikililər yanğından mühafizə olunub. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.