Çində mədəndə baş verən qəza nəticəsində 18 nəfər ölüb

8-05-2017, 08:47           
Çində mədəndə baş verən qəza nəticəsində 18 nəfər ölüb
Çinin Hunyan əyalətində kömür mədənində baş verən qəza nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

“Sinxua” agentliyinin verdiyi xəbərə görə, bundan əvvəl 3 nəfərin öldüyü bildirilirdi.

Qəza zamanı mədəndə ümumilikdə 55 fəhlə olub. Məlumata əsasən, 37 nəfər xilas edilib. İlkin məlumata görə, qəzaya qaz sızması səbəb olub.

Hadisənin səbəbləri araşdırılır.apa/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.