Bakıda sürücü qəza törədib, sərnişinin qolu amputasiya edilib

8-05-2017, 10:25           
Bakıda sürücü qəza törədib, sərnişinin qolu amputasiya edilib
Bakıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində baş verib.
Belə ki, "Mercedes" markalı, taksi fəaliyyəti ilə məşğul olan avtomobilin sürücüsü idarətetməni itirərək qəza törədib. Nəticədə nəqliyyat vasitəsi hərəkətdə olarkən qolunu avtomobilin pəncərəsindən çölə çıxaran sərnişin, 1977-ci il təvəllüdlü Məmmədov Adil İsrafil oğlu qəza nəticəsində ağır xəsarət alıb. Xəstəxanaya yerləşdirilən A.Məmmədovun sağ qolu amputasiya edilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.