Suriya danışıqlarının növbəti raundunun tarixi bəlli olub

9-05-2017, 08:06           
Suriya danışıqlarının növbəti raundunun tarixi bəlli olub
Suriya üzrə danışıqların altıncı raunduna mayın 16-da start veriləcək.

APA-nın xəbərinə görə, bu barədə BMT-nin xüsusi elçisinin ofisindən bildiriblər.

“Suriya üzrə danışıqların altıncı raunduna mayın 16-da, Cenevrədə start veriləcək”, məlumatda deyilir.

Məlumata əsasən, BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura mayın 4-də Astanada əldə edilən razılaşmanın yerinə yetiriləcəyinə ümid etdiyini bildirib.

Mayın 5-də Suriyada dörd deeskalasiya zonasının yaradılması barədə memorandum imzalanıb. Bir gün sonra deeskalasiya zonalarında atəşkəs rejimi qüvvəyə minib. Sənəd münaqişə tərəfləri və atəşkəs razılığının zəmanətçiləri olan ölkələrin nümayəndə heyətləri (Türkiyə, Rusiya, İran) tərəfindən imzalanıb.

Xatırladaq ki, Suriya hökuməti və müxalifət nümayəndələrinin iştirakı danışıqların beşinci raundu martın 29-31-də keçirilib, siyasi nizamlanma prosesində müsbət irəliləyiş əldə olunmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru