Rusların 9 mayda üstünlük verdiyi 5 şəhər - Siyahı

9-05-2017, 08:23           

“TurSat” analitik agentliyi 9 May bayramımda turistlər arasında ən populyar istiqamətlərin siyahısını açıqlayıb.

Axar.az xəbər verir ki, mayın 9-da rusiyalılar arasında səyahət üçün ən populyar olan ilk beş xarici şəhər sırasına Praqa, Berlin, Budapeşt, Tallin və Bakı daxil olub.

Qələbə Günü Rusiyanın şəhərlərində və MDB dövlətlərinin paytaxtlarında təntənəli mərasimlər keçiriləcək və bayram atəşfəşanlığı olacaq.

Reytinq otellərdə nömrələrin onlayn rejimdə sifariş edilməsi sisteminin məlumatlarının təhlili əsasında tərtib edilib.

“TurSat” agentliyinin məlumatına görə, may ayının bayram günlərində Bakıya gələn turistlərin gündəlik büdcəsi, orta hesabla, 85 dollar təşkil edəcək.

Rusiyalı turistləri Azərbaycanın qonaqpərvərliyi, zəngin mədəniyyəti, mətbəxi, şopinq imkanları və günəşli hava şəraiti cəlb edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru