Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report" xəbər verir ki, 1974-cü il təvəllüdlü Abıyev Rövşən Hüseyn oğlu Qala qəsəbəsində tanımadığı şəxs tərəfindən bır neçə bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.