Tərtərdə sərxoş gənc özünü bıçaqlayıb

11-10-2017, 09:04           
Tərtərdə sərxoş gənc özünü bıçaqlayıb
Tərtər rayonunun Səhlabad kəndində bıçaqlanma hadisəsi baş verib.
“Report”un Qarabağ bürosu xəbər verir ki, 36 yaşlı kənd sakini Ramin İsmayılov sərxoş vəziyyətdə özünə bıçaq xəsarəti yetirib.
Döş qəfəsindən iki bıçaq yarası alan R.İsmayılov əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsində yatan xəstənin vəziyyəti orta-ağırdır.
Yaralının ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru