Kişi arvadını döyərək hər iki qolunu sındırıb - Tərtərdə

11-10-2017, 18:40           
Kişi arvadını döyərək hər iki qolunu sındırıb - Tərtərdə
Tərtər rayonunda kişi arvadını döyərək ağır xəsarətlər yetirib.
“Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektindəki evlərdən birində qeydə alınıb.
Belə ki, rayon sakini Etibar Həsənov həyat yoldaşı 52 yaşlı Həsənova Kəmalə İsmayıl qızını küt alətlə döyüb. Ağır bədən xəsarətləri alan qadının hər iki qolu da sınıb.
Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Polis faktla bağlı araşdırma aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru