Bakıda çayxanada orta yaşlı kişi bıçaqlanıb. "Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib. Nəsimi rayonu ərazisində yerləşən çayxanaların birində müştəri kimi əyləşən Xaçmaz rayon sakini, 1987-ci il təvəllüdlü Osmanov Oqtay Mehman oğlu tanışı ilə mübahisə edib. Mübahisə zamanı o bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Fakt Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində araşdırılır.