Suriyada terror aktı nəticəsində onlarla dinc sakin ölüb

13-10-2017, 08:33           
Suriyada terror aktı nəticəsində onlarla dinc sakin ölüb
Suriyanın şimal-şərqində İŞİD terrorçuları tərəfindən törədilən terror aktı nəticəsində onlarla dinc sakin ölüb və yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terror aktı Xasaka əyalətinin Əbu Fas yaşayış məntəqəsində baş verib. Terrorçu-kamikadzelər tərəfindən idarə olunan minalanmış avtomobillər insanların sıx olduğu ərazilərdə partladılıb.

“Röyter” partlayışlar nəticəsində azı 50 nəfərin öldüyünü bildirib.

Ölənlər arasında Deyr əz Zordan qaçmış çoxlu sayda qadın və uşaqların olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru