İki əmioğlunun davası ölümlə bitdi - Bakıda qətl

19-10-2017, 11:39           

Paytaxtda qətl hadisəsi baş verib.

teref.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Türkan qəsəbəsində, Yeni yaşayış massivində qeydə alınıb. Həmin massivdə yaşayan Şəki şəhər sakini, 1981-ci il təvəllüdlü Rəşad Aslan oğlu İsgəndərov doğma əmisi oğlu 1988-ci il təvəllüdlü Şəki şəhər sakini, Pərviz Məzahir oğlu İsgəndərovla şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində R.İsgəndərov P.İsgəndərovu bıçaq zərbəsi ilə qətlə yetirib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsgəndəov saxlanılıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru