AYB-də Cənubi Azərbaycandan gəlmiş yazarlarla görüş keçirildi FOTO

20-10-2017, 00:33           

Bu gün Azərbaycan Yazıçılar Birliyində Vətənimizin güneyində dilimizin keşiyində duran bir qrup qadın şairimiz -Fəranək Fərid, Səhər Barani, Zəhra Təhmasib və Alma Muğanlı ilə olduqca anlamlı görüş oldu. Dilimizin, ədəbiyyatımızın qeyrətini çəkən, onu yaşadan bu zərif insanların mücadiləsinə heyrət etməmək olmur və onların şerlərini dinlədikcə istər istəməz qulağımıza ölməz Cavidin bu misraları pıçıldanır:" Qadın gülərsə şu ıssız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək!"
Bu görüşün ərsəyə gəlməsində əməyi olan Sayman Aruz və Səid Muğanlı bəylərə təşəkkür edirəm.
Kəmalə Müslümqızı


















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.