Braziliyanın Qoyaniya şəhərində 13 yaşlı yeniyetmə məktəbdə odlu silahdan atəş açıb. Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, insident nəticəsində 2 şagird ölüb, daha 7-si yaralanıb. Məlumata əsasən, yeniyetmə hərbi polisdə işləyən valideynlərinin silahından istifadə edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, yeniyetmə saxlanılıb. Hazırda cinayətin motivləri araşdırılır.