İtaliya polisi 15 milyon avroluq narkotik ələ keçirib 21-10-2017, 09:14 İtaliyanın cənubundakı Bari şəhərində sahil-mühafizə xidməti qayıqlardan birində 1,5 ton marixuana müsadirə edib.Narkotik vasitələrin ümumi dəyəri 15 milyon avro təşkil edir.Hadisə ilə bağlı qayıqda olan iki nəfər – Albaniya vətəndaşları saxlanılıb.Bundan başqa, Bari və Taranto şəhərlərində də polis ümumilikdə 1,5 milyon avro dəyərində narkotik vasitə müsadirə olunub. Facebook-da paylaş