Bakıda parkomatı sındırdılar: "Samaraya bilet lazımdır"

22-10-2017, 10:54           
Bakıda parkomatı sındırdılar: "Samaraya bilet lazımdır"
Paytaxtın Hüseyn Cavid prospektindəki parkomat aparatlarından biri sındırılıb.

Trend-in məlumatına görə, səhər saatlarında bir kişi parkomata yaxınlaşaraq yumruq və təpik vurub.

Sərxoş olduğu güman edilən kişi qışqıraraq "Mənə Samaraya bilet lazımdır" deyib.

Yerli sakinlərin müraciəti əsasında hadisə yerinə gələn polis həmin şəxsi saxlayıb.

Parkomat aparatı tamamilə yararsız hala düşüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.