Sabirabadda “Kamaz” aşdı

22-10-2017, 11:16           

Sabirabadda yük maşınının aşması nəticəsində sürücü xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb.
Hacıqabul sakini, 30 yaşlı Pərviz Hidayət oğlu Talıbov idarə etdiyi “Kamaz” markalı yük maşını ilə magistral yolda hərəkətdə olarkən anidən idarəetməni itirib, maşın yolun kənarına aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru