Kürdəxanıda yolu keçmək istəyən yaşlı qadını maşın vurub
23-10-2017, 09:14
Bakının Sabunçu rayonunda orta yaşlı qadını maşın vurub. "Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Kürdəxanı qəsəbəsində qeydə alınıb. 1965-ci il təvəllüdlü Zəfərova Validə Sultan qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən sürücü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.