Qarabağda daha bir erməni əsgər intihar edib - Detallar

23-10-2017, 14:19           
Qarabağda daha bir erməni əsgər intihar edib - Detallar
İşğal altında olan Qarabağda erməni əsgər intihar edib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, oktyabrın 20-də Qarabağda yerləşən hərbi hissələrdən birininin döyüş mövqeyində ölən əsgər Hraç Ararat Avedisyanın işi üzrə yeni detallar açıqlanıb.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, hərbi qulluqçu oktyabrın 20-də, saat 17:20 radələrində silahdan açılan atəş nəticəsində başının güllə yarası alıb.

Məlum olub ki, Avedisyan ona təhkim edilən "AK-74" tipli avtomatla özünü güllələyib. O, yaralı vəziyyətdə Xankəndi hospitalına aparılsa da, yolda keçinib.

Hadisənin araşdırılması nəticəsində Avedisyanın bir neçə gün əvvəl hərbçi yoldaşı ilə mübahisə etdiyi, zorakılığa məruz qaldığı aşkarlanıb. İntihar hadisəsinə görə adı açıqlanmayan erməni hərbçi həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru