Bakının giriş-çıxış yollarından biri bağlanır - DİQQƏT

25-10-2017, 08:51           

Məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq oktyabrın 25-də, səhər saatlarından etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 6-8-ci km-lik hissəsində (Bakı Su İdman Sarayından Bibiheybət məscidinə qədər olan hissəsi - hər iki istiqamət) avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən Avtosfer.az-a verilən məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq. Sürücülərdə alternativ olaraq sözügedən yolun "20-ci sahə" ərazisindən keçən hissəsindən istifadə etmələri tövsiyə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru