Piratlar alman gəmisinin dənizçilərini oğurladı

25-10-2017, 09:30           
Piratlar alman gəmisinin dənizçilərini oğurladı
Pirat qrupu Nigeriya sahillərində alman yük gəmizinə hücum edərək, kapitan da daxil olmaqla, 6 heyət üzvünü oğurlayıb.

"Report"un məlumatına görə, bu barədə RİA "Novosti" dənizdə təhlükəsizliyin təmin olunması üzrə "Sea Guardian" şirkətinin press-relizinə istinadən xəbər verib. Bildirilir ki, "DEMETER" konteynerdaşıyanı Nigeriyanın cənubundakı Biafra körfəzindəki Port-Harkort şəhərində quldurların hücumuna məruz qalıb.

Gəmi Malabo (Ekvator Qvineyası) şəhərindən Monroviyaya şəhərinə üzürmüş. "Sea Guardian"ın məlumatına görə, səkkiz quldur sürətli qayıqda gəmiyə hücüm ediblər. Onların milli mənsubiyyəti naməlumdur.

"Reuters" agentliyinin məlumatına görə, "Peter Doehle Schiffahrts KG" şirkətinə məxsus gəminin ekipajının girov götürülmüş üzvləri arasında dörd filippinli, həmçinin Ukrayna və Macarıstan vətəndaşları da var. Komandanın digər 12 üzvü təhlükəsiz şəraitdədir.

Şirkət nümayəndəsi oğurluq haqqında informasiyanı təsdiq edib. Qeyd edib ki, quldurlar onlarla hələ əlaqə saxlamayıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.