Bakıda daha bir nəfər dənizdə batıb. teref.az xəbər verir ki, Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “1001 Gecə” restoranının çimərliyində qeydə alınıb. 1937-ci il təvəllüdlü Güloğlan İsgəndər oğlu İsmayılov dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, “1001 Gecə” restoranı millət vəkili Hüseynbala Mirələmova məxsusdur.