İbrahim Nehrəmlinin saatı evində çıxdı

19-08-2015, 15:50           
İbrahim Nehrəmlinin saatı evində çıxdı
“Avesta Konserni” MMC-nin sahibi Hacı İbrahim Nehrəmli itən 240 min dollarlıq saatını tapıb.

Bu barədə Axar.az-a iş adamı özü açıqlamasında bildirib. Onu sözlərinə görə, 15 gün ərzində saatı tapılmadığı üçün polisə müraciət etmişdi:

“Polisdən şikayətimi geri götürdüm. Çünki saat sürücümdə imiş. Maşında yerə düşüb, o da götürüb evə aparıb, mənə də deməyib. Onu artıq işdən çıxarmışam.

Polisə müraciət edəndən sonra mənə dedi ki, avtomobildə düşmüşdü, evdə saxlayırdım, mənə deməyi yadından çıxarıb”.

İ.Nehrəmli qeyd edib ki, 240 minlik saat “David Yurman” markasına aiddir və qardaşı Sahib İbrahimov tərəfindən ona hədiyyə olunub.

Hacı İbrahim “Xəzər adaları”nda işlərin zəif getdiyini də söyləyib. İş adamı vəziyyətin ürəkaçan olmadığından şikayətlənib:

“Demək olar ki, orda iş getmir. Banklar bizə biznes planı ilə bağlı kömək etməlidir, amma etmirlər. Ona görə də böyük durğunluqdur.

Bu ayın axırına qədər müqaviləmiz var, hissə-hissə kreditləri ödəyirik. İnşallah, yaxşı olar, görək də, çalışırıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru