Bakıdakı dəhşətli qəzanın anbaan VİDEOsu

19-08-2015, 23:33           
Bakıdakı dəhşətli qəzanın anbaan VİDEOsu
Bakıda təxminən 20 gün əvvəl baş vermiş dəhşətli yol qəzasının videosu yayılıb. Avtosfer.az-a oxucular tərəfindən göndərilən videoda kobud yol hərəkəti qaydası pozuntusunun ağır faciəyə necə səbəb olduğu tam aydın şəkildə əksini tapıb. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov video ilə bağlı Avtosfer.az-a fikirlərini açıqlayıb və şərh verib. Şərhi olduğu kimi təqdim edirik: «Qəza anıını kifayət qədər aydın şəkildə əks etdirən videoya diqqətlə baxdım. Təhlükəli bir qəza baş verir. Videodan aydınca görünür ki, yolda hər iki istiqamətdə intensiv və sıx hərəkət var. Əks tərəfdən gələn “VAZ” markalı avtomobilin sürücüsü qarşısında gedən nəqliyyat vasitələrini qaydalar çərçivəsində ötə bilməyəcəyini görür və yol çiyninə çıxaraq, onlardan bir neçəsini ötməyə çalışır. Həmin sürücünün yol verdiyi ilk və kifayət qədər təhlükəli qayda pozuntusu məhz budur. Çünki yol hərəkəti qaydaları həm sağdan ötməni, həm də ümumiyyətlə yol çiyni ilə hərəkəti birmənalı olaraq qadağan edir.” VAZ”-ın sürücüsünün ikinci və faciəvi səhvi isə videoda daha aydın görünür. Sürücü qəflətən, özü də kifayət qədər sürətlə sağdan ötdüyü nəqliyyat vasitələrinin arasına keçir və bu azmış kimi, ani olaraq az qala hərəkət istiqamətinə perpendikulyar olmaqla qarşı hərəkət hissəsinə keçir. Bu manevrin nədən belə edilməsini anlamaq çətindir: çox güman ki, sürücü ya idarəetməni itirir, ya da yol çiynində hansısa mane görərək öz zolağına qayıdarkən qabağındakı avtomobillə toqquşacağını görüb özünü itirir.
«VAZ»-la toqquşan “Mercedes”in sürücüsünün reaksiyası isə tam normaldır. Videodan aydınca görünür ki, “VAZ” onun yoluna keçən kimi “Mercedes”in stop siqnalları yanır. Bu, o deməkdir ki, “Mercedes”in sürücüsü peşəkar davranış sərgiləyərək bu şəraitdə ən ideal hərəkəti - tormozlama edir. Lakin belə vəziyyətdə ani tormozlama və sürücü məharəti də heç nəyə yaramır. Çünki belə qaçılmaz qəza şəraitində texnikanı anidən dayandırmaq qeyri-mümkündür. Çox təəssüf ki, gördüyümüz son mənzərə, yəni kifayət qədər ciddi qəza qaçılmaz olur. Zərbənin xarakterinə görə böyük ehtimalla söyləmək olar ki, toqquşan avtomobillərdəki, xüsusən də “VAZ”-dakı sürücü və sərnişinlər (əgər varmışsa) ciddi xəsarət alıblar.
[media=https://www.youtube.com/watch?v=cWJWmAggrtw]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.