Dünya bazarında neftin qiyməti kəskin ucuzlaşdı

20-08-2015, 01:49           

Moderator.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin qiyməti 3,59% ucuzlaşaraq 47,06 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 4,22% azalaraq 40,82 dollar təşkil edib.

Neftin qiymətinin ucuzlaşmasının səbəbi kimi avronun dollara qarşı bahalaşması və ABŞ-ın neft ehtiyatlarının 0,6% (2,6 milyon barel) artması göstərilir.

Qeyd edək ki, hal-hazırda ABŞ-ın strateji neft ehtiyatları 456,2 milyon barelə bərabərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru