"Sputnik”-in müxbiri Tacikistanda faciəvi şəkildə ölüb

31-01-2018, 08:50           
"Sputnik”-in müxbiri Tacikistanda faciəvi şəkildə ölüb
“Sputnik” radiosunun müxbiri 45 yaşlı Qalim Fasxuddinov Tacikistanda yol nəqliyyat hadisəsi nəticəsində faciəvi şəkildə ölüb. APA-nın “Sputnik Tacikistan”a istinadən verdiyi xəbərə görə, jurnalist işıqforun yaşıl işığında piyada keçidi ilə yolu keçərkən yüksək sürətlə hərəkət edən mikroavtobus onu vurub.



Q.Fasxuddinov təcili xəstəxanaya çatdırılıb, lakin həkimlər onu xilas edə bilməyib.



Yüksək peşəkarlığı ilə tanınan jurnalist 1973 ildə anadan olub. Düşənbə Milli Universitetinin tarix fakültəsini bitirib. Uzun müddət radioda çalışıb. İki övladı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru