Türkmənistanda benzin bahalaşıb

1-02-2018, 10:10           
Türkmənistanda benzin bahalaşıb
2018-ci il, fevralın 1-dən Türkmənistanda benzinin qiyməti artırılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, A-95 benzinin bir litrinin qiyməti 1,5 manat (bundan əvvəl 1 manat), A-92 benzinin qiyməti isə 1, 35 manat olub (bundan əvvəl 0,94).

Hazırda Türkmənistanda manatın dollara nisbətən məzənnəsi 3,5 manat/$1 təşkil edir.

Qeyd edək ki, 2008-ci ildə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avtomobil sahibləri üçün pulsuz benzinə limit tətbiq edib. 2014-cü ildə bu qərar ləğv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru