Azərbaycanlı kriminal avtoritet həbsxanada öldü

26-02-2018, 10:08           

Fevralın 20-də Rusiyanın Tula şəhərində yerləşən həbsxanada kriminal aləmdə "Abbas Tulskiy" adı ilə tanınan Abbasqulu Poladov vəfat edib.


teref.az GancaPost-a istinadən xəbər verir ki, Abbas Tulskiy (Gəncinskiy) adı ilə tanınan məşhur gəncəli kriminal avtoritet Abbasqulu Poladovun səhhətində ciddi problemləri olub. O, şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Abbasqulu Poladov 1971-ci il yanvar ayının 21-də Gəncə şəhərində anadan olub. "Abbas Tulskiy"in cənazəsi Gəncəyə gətirilərək doğulduğu şəhərdə torpağa tapşırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru