Rusiyada erməni əsilli biznesmen həbs edilib

26-02-2018, 20:01           
Rusiyada erməni əsilli biznesmen həbs edilib
“Donbas Sənaye İttifaqı” şirkətinin baş direktoru, Krasnodar şəhərinin “Kuban” futbol klubunun keçmiş sahibi, erməni əsilli biznesmen Oleq Mkrtıçyan Rusiyada həbs olunub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, onun həbsi ilə bağlı qərarı Moskva Şəhər Məhkəməsi çıxarıb.

Dələduzluqda ittiham olunan O.Mkrtıçyan məhkəmə zalında həbs edilib. O, Rusiya bankları tərəfindən "Donbas Sənaye İttifaqı"na ayrılan kreditləri mənimsəməkdə günahkar bilinib.

Qeyd edək ki, “Forbes” jurnalı 2010-cu ildə onun varidatını 780 milyon dollar səviyyəsində qiymətləndirib. 2012-ci ildə isə Ukrayana vətəndaşları arasında var-dövlətinə görə 13-cü yeri tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru