5-ci uşağı onu xilas etdi - Professordan 41 min oğurlamışdı

15-03-2018, 12:44           
5-ci uşağı onu xilas etdi - Professordan 41 min oğurlamışdı
BDU professoru Aidə İbrahimovanın evindən 41 min manat oğurlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Mehriban Quliyevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, M.Quliyevanın 2017-ci il dekabrın 30-da 5-ci dəfə ana olması hökmə təsir edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Quliyeva 4 il müddətinə azadlıqdan məhrum edilib. Sonuncu övladı 14 yaşına çatana kimi hökmün icrası təxirə salınıb. İstintaq zamanı azadlıqda olan M.Quliyeva sərbəst buraxılıb.

Professor A.İbrahimova qadının həbs edilməsi üçün apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov həbs istəyini rədd edib və hökmü qüvvədə saxlayıb.

M.Quliyeva, istintaq dövründə A.İbrahimovaya 7 min manat qaytarıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru