Göygöldə güclü külək nəticəsində daş hasar avtomobilin üzərinə aşıb

25-03-2018, 11:18           
Göygöldə güclü külək nəticəsində daş hasar avtomobilin üzərinə aşıb
Göygöl rayonunda əsən güclü küləyin aşırdığı daş hasar avtomobilin üzərinə düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, gecə saatlarında rayon ərazisində əsən güclü külək nəticəsində mişar daşından hörülmüş hasar Göygöy rayon sakini, Abbasov Araz Çingiz oğluna məxsus olan avtomobilin üzərinə aşıb.

Nəticədə avtomobillə ciddi ziyan dəyib. Hadisə zamanı sürücü avtomobildə olmadığından o xəsarət almayıb.

Hazırda rayon ərazisində küləkli hava şəraiti nisbətən azalsada hələ də davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.