Ermənistan ordusunun polkovniki həbs olundu

15-04-2018, 00:28           

Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı həbs olunub.

Erməni KİV-lərinin yaydığı məlumata görə, adı açıqlanmayan zabit polisin milli təhlükəsizlik orqanları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İddia edilir ki, həmin şəxs 2017-ci ildən bəri gənc əsgərlərin ilkin hərbi hazırlığı arzuolunan hərbi hissələrdə keçməsi üçün onların valideynlərindən külli miqdarda rüşvət alıb. Polkovnik-leytenantın artıq müstəntiqlərə ifadə verdiyi bildirilir. (azvision.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru