ABŞ-da 8 yaşlı şagird bıçaqla məktəblilərə hücum edib, xəsarət alanlar var 17-04-2018, 08:17 ABŞ-da 8 yaşlı şagird məktəblilərə hücum edib."Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.Məlumata görə, hadisə Minnesot ştatında baş verib. Hücum nəticəsində 8, 9 və 13 yaşlı üç şagird xəsarət alıb.Hadisəni törədən şagird sorğu-sual edilib və sərbəst buraxılıb. Lakin istintaq davam edir.Hücumun səbəbləri məlum deyil. Facebook-da paylaş