Habil Əliyev komaya düşdü
3-09-2015, 10:40
Gecə saat 03 radələrində xalq artistiin ağrıları artıb, hazırda nəfəs ala və danışa bilmir
Xalq artisti Habil Əliyevin vəziyyəti yenidən ağırlaşıb. O, komaya düşüb.
Bunu ANS PRESS-ə kaman ustasının qızı Vəfa Əliyeva deyib. Onun sözlərinə görə, atasının gecə saat 03 radələrində şiddətli ağrılar tutub və buna görə də onun danışmağı və nəfəs alması çətinləşib.
"Atam hazırda evdə müayinə edilir. Lakin vəziyyəti tamamailə ağırdır. Artıq xəstəxanaya da getmək istəmir. İstəyirik ki son anlarını bizimlə keçirsin." - deyə Vəfa Əliyeva bildirib.
Hazırda Mərkəzi Klinik Xəstəxananın həkim kollektivi sənətkarın evində müayinə aparır.
89 yaşlı kamança ustası Habil Əliyev səhhətində yaranan narahatlıqlara görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Xəstəxanada səhhəti normallaşan Habil Əliyev müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılmışdı.