Atəşə tutulan kənddə SON VƏZİYYƏT! - "Yaralının vəziyyəti hazırda yaxşıdır"

19-04-2018, 12:58           
Atəşə tutulan kənddə SON VƏZİYYƏT! - "Yaralının vəziyyəti hazırda yaxşıdır"
Dünən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalıb.

Metbuat.az bildirir ki, hadisə nəticəsində kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb.
Sözügedən hadisə ilə bağlı Metbuat.az-a açıqlama verən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd icra nümayəndəsi Fikrəddin Qurbanov bildirib ki, ermənilər kəndi hər gün atəşə tutur:

“Yaralının vəziyyəti hazırda yaxşıdır. Artıq buna vərdiş etmişik. Belə hallar əvvəl də baş verib. Düzü, nəticəsi hər zaman belə olmurdu. Amma atəş açmaqda davam edirdilər. Kənd əhalisi isə hazırda təsərrüfatda işlərini davam etdirir. Həyat öz axarı ilə gedir. Narahat olmağa əsas yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru