Bu din xadimlərinə maddi dəstək veriləcək - Siyahı dəqiqləşdirilir

19-04-2018, 13:03           
Bu din xadimlərinə maddi dəstək veriləcək - Siyahı dəqiqləşdirilir
Maddi dəstək alacaq din xadimlərinin siyahısı dəqiqləşdirilir.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, maddi dəstək alacaq din xadimlərinin siyahısı Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim edilib və hazırda fond bu məsələni dəqiqləşdirir.

M.Qurbanlı bildirib ki, Fondla Qafqaz Müsəlmanları İdarəsi bu istiqamətdə fəaliyyət göstərir. Onun sözlərinə görə, Himayəçilər Şurasında da bu məsələ müzakirə edilib.

Komitı sədri bildirib ki, bu, maaş kimi deyil, maddi dəstək formasında din xadimlərinə verilcək. o qeyd edib ki, vəsaiti yalnız dövlətdən deyil, həm də müxtəlif növ ianələrdən də əldə olunacaq: “Dəstək vəzifəyə görə dəyişəcək. Daha çox əmək haqqını imam alacaq. Naxçıvan Muxtar Respublikasında çalışan din xadimlərinə də Fonddan maddi dəstək veriləcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru