Bakıda gənc oğlan bıçaqlandı 21-04-2018, 10:36 Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.“Report” xəbər verir ki, 1989-cu il təvəllüdlü Nəbiyev Ramin Qəyyum oğlu Lökbatan qəsəbəsində tanıdığı şəxslə əlbəyaxa dava edib.Nəticədə o, bud nahiyəsindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsində araşdırma aparılır. Facebook-da paylaş