Yevlaxda pomidor daşıyan yük maşını digər yük avtomobili ilə toqquşub

23-04-2018, 07:57           
Yevlaxda pomidor daşıyan yük maşını digər yük avtomobili ilə toqquşub
Bakı-Qazax yolunun Yevlax rayonu ərazisinə düşən 292-ci km-də xəsarətlə nəticələnən qəza baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü Bakı şəhər sakini Elxan Xurşudovun sükanı arxasında olduğu yük avtomobili idarəetmədən çıxaraq yol kənarında dayanmış başqa bir yük maşınına çırpılıb.

Nəticədə E.Xurşudov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

E.Xurşudov idarə etdiyi yük avtomobili ilə pomidor daşıyırmış.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru