Rəfsəncaninin qızı: Atamın ölüm səbəbi...

23-04-2018, 08:11           

İran İslam Respublikasının 4-cü prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Fatimə Haşimi atasının ölümü ilə bağlı onlara məlumat verilmədiyini deyib.

Axar.az xəbər verir ki, o, dəfələrlə cəhd etməsinə baxmayaraq, atasının ölüm səbəbi haqda dəqiq məlumat ala bilmədiklərini vurğulayıb.

"İran Ali Milli Təhlükəsizlik Şurası vasitəsilə məsələni yaxından izləyirik, ancaq bizə cavab vermirlər. Ölüm səbəbinin yüksək dozada radioaktiv maddə olmasından başqa heç bir məlumat ala bilməmişik”, - F.Haşimi söyləyib.

Qeyd edək ki, Rəfsəncani 2017-ci il yanvarın 8-də vəfat edib. Qardaşı Məhəmməd Haşimi keçmiş prezidentin ürəktutmasından vəfat etdiyini bildirmişdi. Rəfsəncaninin qızı Faizə Haşimi isə atasının cəsədində normadan 10 dəfə çox radioaktiv maddə təsbit edildiyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru