Gürcüstanda azərbaycanlı ailənin evinə silahlı basqın olub 24-04-2018, 13:59 Gürcüstanın Kaspi rayonunun Ferma kəndində azərbaycanlı ailənin evinə silahlı basqın olub.APA-nın Gürcüstan bürosunun məlumatına görə, maskalı şəxslər gecə saatlarında evə daxil olaraq ailə üzvlərinə hədə-qorxu gəliblər.Ailə üzvləri arasında yaralananların olduğu bildirilir. Hazırda polis hadisə yerində araşdırma aparır. Facebook-da paylaş