Erməni polkovnik yol qəzasında öldü

24-04-2018, 14:32           
Erməni polkovnik yol qəzasında öldü
Ermənistanda baş verən yol qəzasında polkovnik rütbəli hərbi qulluqçu ölüb.

teref.az Ordu.az-a istinadən xəbər verir ki, bu gün saat 09:30 radələrində Ararat vilayətinin Araksavan kəndinin su keçidində "Toyota Vitz" markalı avtomobil aşkarlanıb.
Xilasedicilərin həyata keçirdiyi tədbirlər nəticəsində İrəvan şəhər sakini 73 yaşlı Eduard Qevorkyanın meyiti aşkarlanaraq avtomobildən çıxarılıb.

Məlumata görə, Qevorkyan polkovnik rütbəli hərbi qulluqçudur. Hadisə iştirakçılarının dediyinə görə, Qevorkyan milli təhlükəsizlik nazirliyinin keçmiş əməkdaşı olub. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru