Rio-de-Janeyro hava limanında 100 kq heroin aşkarlanıb

25-04-2018, 08:21           



Braziliyanın Rio-de-Janeyro hava limanında Çindən gəlmiş yükün arasından 50 kq partlayıcı və 100 kq heroin aşkarlanıb.



APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sənədlərdə problem olduğundan qeyd olunan yük sentyabrda saxlanılsa da, baqaj gömrükçülər tərəfindən aprelin 24-də yoxlanılıb.



Aşkarlanmış partladıcı və heroin yükün bəyannaməsində istehsalatda istifadə edilən kimyəvi maddə kimi göstərilmişdi.



Faktla bağlı polis araşdırmalara başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru