Bakıda avtomobil dəmir yol ayrıcısına çırpılıb, 1 nəfər ölüb

27-04-2018, 09:20           
Bakıda avtomobil dəmir yol ayrıcısına çırpılıb, 1 nəfər ölüb
Bakıda sərnişinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

FHN-in verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Salyan magistral avtomobil yolunun 14-cü kilometrliyində, Yasamal rayonu ərazisində ”Hyundai” markalı minik avtomobili dəmir yol ayrıcısına çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə olan sərnişin 1958-ci il təvəllüdlü Abıyeva Ağgül Şahverdi qızının sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru